Əgər zərrə qalsa xümsün, zəkatın,
Hərgiz qəbul olmaz sovmü səlatın.
Haqq yanında möhr olunmaz baratın,
Salarlar boynuna odda tənabı.
Dəyəndə yarpağa, səslənər guşun,
Fəhm eylə, cəm olsa idrakü huşun.
Sürüldü karvanın, köçdü tay-tuşun,
Fərmani-qüdrətin budu xitabı.
Aldanma dünyanın bu fənasına,
Gül olmaz gövhərli xəzanasına.
Özün yetir şahın astanasına,
Dərdlərə dərmandı, dərin turabı.
Yazıq Ələsgərəm, zarü binəva,
Elə iş tut, olsun dərdinə dava.
Aldanıbsan nəfsə, tapıbsan hava,
Dərk eləyib qanmayıbsan hesabı.