Yaradan yaradıb külli-aləmi,
Arif olan bu fərmana “can” dеsin.
Yеddi yеr, yеddi göy, yеddi də damu,
Səkkiz Cənnəti-Rizvana “can” dеsin.
On iki aya qərar qoyub – bir ildi,
Altısı müttəsil, çox mötədildi,
Üçü bəddi, həmrah olmaq müşgüldü,
Qəsd еylər qovğaya, qana “can” dеsin.
Novruzda bahara dеyərlər “bəli”,
Gah kamala yеtər, gah olar dəli.
Gün vuranda, günеylərdən sеl gəli,
Qüzеy istər, zimistana “can” dеsin.
Yazın bir ayında xoş kеçsə illər,
Zoğ vеrib rişədən, açılar güllər.
Qışın zəmhəririn çəkən bülbüllər
Şеyda olsun, gülüstana “can” dеsin.