Novrəs İman

(1903 – ?)

Novrəs İman Aşıq Ələs­gərin qardaşı Məşədi Salahın oğlu­dur. O, 1903-cü ildə Göy­­çə mahalının Ağkilsə kən­­­dində anadan olmuş­dur. İman təhsilini Göyçənin Hü­seyn­quluağalı (Nərimanlı) kən­­­dində mollaxanada almış­dır. Bun­dan sonra o dövrdə diq­qəti cəlb edən dini, bədii və tarixi kitabları mütaliə yo­lu ilə çox zəngin bilik əl­də etmişdir.

Sovet hakimiyyəti qurulduqdan sonra İman bir müd­dət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. Lakin bütün varlığı ilə Al­laha, dinə bağlanan İman din xadimlərinin təqib olundu­ğunu, məscidlərin dağıdıldığını, Qurani-Kərimin yandırıl­dı­ğını görəndə, bu quruluşa qarşı onda kəskin bir nifrət yaranmış və tutduğu vəzifəni tərk etmişdir.

Gənc yaşlarından şair kimi tanınan İman 1925-ci il­dən saz götürüb aşıqlıq eləməyə başlamışdır. Dini mövzu­da olan şeirlərin məclislərdə oxunması yasaq edilməsi İma­nı daha da bədbinləşdirmiş, “Mənim mətahım daha burada işləmir; bu ölkədən baş götürüb gedəcəyəm” – deyərək, sa­­zı­nı daşa çırpmışdır. O, şeir yazdığı dəftərləri də təndirə tö­küb yandırmışdır. İmanın belə hərəkətlərini bir çoxları onun “başına hava gəlməsi” kimi izah edirdilər.

Novrəs İman belə əsəbi halda 1930-cu ildə Göyçədən Azərbaycana gəlmiş, 1932-ci ildən isə yoxa çıxmışdır.

“Novrəs” təxəllüsü ilə şeir yazan bu nakam şairin əsər­lərini hamı sevir və əzbərləyirdi. Son zamanlar Tovuz rayonunun Aşağı Ayıblı kəndindən İmanın öz əlilə yazdığı bir dəftəri tapılmışdır. İndi əlimizdə olan dörd min misra­dan ibarət müxtəlif şəkilli şeirləri vardır. 2004-cü ildə “Səda” nəşriyyatında şeirlərini demək olar ki, tam əhatə edən kitabı çap olunmuşdur.

Faylın adı: Novrəs İman. Seçilmiş əsərləri. (toplayıb tərtib edəni İslam Ələsgər), Bakı, “Səda”, 2004. 200 səh..pdf

Həcmi: 17150.61 KB